Kambocada məktəb avtobusunun aşması nəticəsində beş şagird ölüb

Kambocanın Kandal əyalətində məktəbliləri daşıyan nəqliyyat vasitəsinin gölməçəyə düşməsi nəticəsində BELTEI Beynəlxalq Məktəbinin beş şagirdi həlak olub, daha iki nəfər xəsarət alıb.

Bu barədə “Khmer Times” qəzeti məlumat yayıb.

Hadisə bu gün səhər saatlarında Xsaç Kandal rayonunda, 8 saylı magistral yolun yaxınlığında baş verib. Valideynlər tərəfindən icarəyə götürülmüş avtomobildə ümumilikdə 26 şagird olub.

İlkin məlumata görə, sürücü motosikletlə toqquşmadan yayınmaq üçün qəfil manevr edib. Nəticədə avtomobil idarəetmədən çıxaraq aşıb və gölməçəyə düşüb.

Yerli sakinlər və hüquq-mühafizə orqanlarının əməkdaşları dərhal xilasetmə işlərinə başlayıblar. Beş şagird avtomobildə sıxışaraq boğulub, iki nəfər isə xəstəxanaya yerləşdirilib. Digər şagirdlərin xəsarət almadığı bildirilir.