İzmirdə 16 nəfərin öldüyü partlayışla bağlı saxlanılanlar var

Türkiyənin İzmir vilayətinin Aliağa rayonundakı HABAŞ Dəmir-Polad Zavodunda baş verən və 16 nəfərin ölümü ilə nəticələnən partlayışla bağlı 6 şübhəli şəxs saxlanılıb.

Türkiyə mediasına istinadən, hadisə ilə bağlı dərhal cinayət işi başlanılıb.

İlkin araşdırmalara görə, partlayış qazan dəyişdirilməsi zamanı tavan kranının qoparaq avadanlıqların üzərinə düşməsi və təbii qaz xəttinə çırpılması nəticəsində baş verib. Hadisənin dəqiq səbəbləri və mümkün səhlənkarlıq halları araşdırılır.

Hadisədə təqsiri olduğu müəyyən edilən 6 nəfər saxlanılıb.

Faktla bağlı istintaq davam etdirilir.