Xankəndidə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş təntənəli konsert proqramı keçirilib.
Konsertdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sevdiyi mahnılardan biri olan “Beraber Yürüdük Biz Bu Yollarda” da səsləndirilib.
Məşhur mahnını konsert proqramında müğənni Sabina Ərəbli ifa edib.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Azərbaycana rəsmi səfərə gəlib. Hazırda Qarabağda səfərdə olan Türkiyə lideri Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə bir sıra tədbirlərdə iştirak edir. Dövlət başçıları Xankəndidə Zəfər abidəsini də ziyarət ediblər.