Böyük Britaniya Şimali Avropa ölkələrindən olan müttəfiqləri ilə birlikdə gələn həftə Rusiyaya qarşı yeni dəniz tərəfdaşlığının yaradılmasına dair saziş imzalayacaq.
Bunu Britaniya Silahlı Qüvvələrinin baş komandanı Riçard Nayton deyib.
Nayton onu da iddia edib ki, Rusiyanın Avropa ölkələrində və Böyük Britaniyada sui-qəsd cəhdləri, kiberhücumlar və təxribatlarla əlaqəsi var.