Azərbaycan xalqı tarixinin ən gözəl günlərini yaşayır.
Bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu gün Azərbaycan dünyanın ictimai-siyasi sistemində mühüm yer tutur və Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkəmizin mövqeyi günbəgün möhkəmlənir.
“8 Noyabr bizim üçün xüsusi gündür. Çoxillik tariximizə nəzər salsaq, deyə bilərik ki, xalq olaraq bəlkə də ən layiqli, ən gözəl günlərimizi yaşayırıq. Bayramınız mübarək olsun!”, – deyə Eldar Əzizov qeyd edib.