Marandiçi Moldova millisinə dəvət aldı

"Turan Tovuz"un müdafiəçisi Denis Marandiçi Moldova millisinə çağırılıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Futbolçu Millətlər Liqasının C qrupu çərçivəsində noyabr ayında keçirəcəyi oyunlar üçün açıqlanan heyətdə yer alıb.

Moldova millisi noyabrın 13-də doğma meydanda Qazaxıstanı, noyabrın 16-da isə səfərdə Farer adalarını qəbul edəcək.