Möhtərəm cənab Prezident!

Zati- alinizi Azərbaycan tarixində müstəsna əhəmiyyət daşıyan, xalqımızın milli birliyinin, dövlətimizin qüdrətinin və ordumuzun qəhrəmanlığının təcəssümü olan 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edirəm.

Bu əlamətdar gün xalqımızın çoxəsrlik dövlətçilik tarixinə milli iradənin, birliyin, əzmkarlığın və Vətənə bağlılığın təntənəsi kimi yazılmışdır. Azərbaycan xalqı Sizin rəhbərliyinizlə qazanılan bu tarixi Qələbə ilə haqlı olaraq fəxr edir.

Cənab Prezident, Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə yeni nailiyyətlər, xalqımıza isə davamlı sülh, sabitlik və firavanlıq arzulayıram.

Hörmətlə,

Anar Orucov, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü

Azərbaycan Respublikası, Goranboy rayonu, Qızılhacılı qəsəbəsi.