Rusiyanın "İrAero" aviaşirkətinə məxsus təyyarə mühərrikində yaranan nasazlıq səbəbindən İrkutsk hava limanında qəza enişi edib.
Bu barədə Şərqi Sibir Nəqliyyat Prokurorluğu "Telegram" kanalında məlumat yayıb.
Bildirilib ki, təyyarə noyabrın 6-da Talakan - İrkutsk marşrutu üzrə uçuş həyata keçirib. Təyinat hava limanında sağ mühərrikində yaranan problemə baxmayaraq, təyyarə təhlükəsiz şəkildə eniş edə bilib.
Qurumdan qeyd edilib ki, hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb, dağıntı qeydə alınmayıb. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.