Bakı, 6 noyabr, AZƏRTAC Turizm sektoru üçün bu il 2 mühüm yenilik olacaq.AZƏRTAC xəbər verir ki, bunu Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Mülki Prosessual Məcəllələdə və digər qanunlarda dəyişiklikləri təqdim edərkən deyib.“Sektorun vergi dəstəklənməsinin davam etdirilməsi məqsədilə regionlarda hotel fəaliyyətində istifadə edilən daşınmaz əmlaklara görə əmlak vergisi üzrə güzəştinin müddətinin uzadılması nəzərdə tutulur. Həmçinin bu sektorda fəaliyyət göstərən müəssisələr üçün xarici turistlərə xidmətlər üzrə gəlir və mənfəət vergisindən azadetmənin tətbiqi təklif edilib”, - deyə Orxan Nəzərli əlavə edib. Foto - Aydın Məmmədov