Noyabrın 7-də Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə Xüsusi Olimpiya proqramı çərçivəsində Zəfər Gününə həsr olunmuş bədii gimnastika yarışı keçiriləcək.
Bu barədə Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.
Yarış Heydər Əliyev adına İdman-Konsert Kompleksində baş tutacaq.