Portuqaliya millisinin baş məşqçisi Jorje Jezus Kriştiano Ronaldonun yığmadakı karyerasını başa vurmaq qərarına münasibət bildirib.
Mütəxəssis "A Bola" nəşrinə açıqlamasında Ronaldunun qərarına hörmətlə yanaşdığını deyib:
“Bu, tamamilə onun şəxsi qərarıdır. Ondan qalmasını və mənimlə işləməyə davam etməsini xahiş etmişdim, çünki ona ehtiyacım var idi. Lakin seçiminə hörmət etməliyəm. Ronaldo dünya futbolunun, Portuqaliyanın və milli komandanın əfsanəsidir. O, uzun illər yığmaya böyük töhfə verib və Portuqaliya gəncliyinin simvoludur. Milli komandamız, xalqımız və tariximiz üçün hər zaman əfsanə olaraq qalacaq”.
Xatırladaq ki, 41 yaşlı Ronaldo bu gün yığmadakı karyerasını başa vurduğunu açıqlayıb.