Bakı, 5 noyabr, AZƏRTAC Bakıda keçirilən yanğınsöndürmə və xilasetmə idmanı üzrə kişilər arasında XXI, qadınlar arasında XII dünya çempionatının proqramına uyğun olaraq, noyabrın 5-də 100 metrlik maneə zolağını qətetmə növü üzrə yarışlar keçirilib.Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, yarışların yekununda qaliblər və mükafatçılar müəyyənləşib.Kişilər arasında 100 metrlik maneə zolağını qətetmə növündə I yeri Yang Ding Hao - Çin, II yeri Grebenşikov Dmitri - Rusiya, III yeri isə Masalov Danol - Belarus tutub.Qadınlar arasında I yerə Yisupova Maysara - Özbəkistan, II yerə Xvorstkina Arina - Rusiya, III yerə isə Tsenova Olesiya- Rusiya layiq görülüblər.Qalib və mükafatçılara medalları fövqəladə hallar nazirinin müavini general-mayor Yusif Nəbiyev təqdim edib.Mükafatlandırma mərasimində qalib ölkələrin Dövlət himnləri səsləndirilib.
Bakıda yanğınsöndürmə və xilasetmə idmanı üzrə dünya çempionatı davam edir
Mənbə: azertag.az/xeber/bakida_yanginsondurme_ve_xilasetme_idmani_uzre_dunya_chempionati_davam_edir-4497564