Bakı, 5 noyabr, AZƏRTACQərbi Kaspi Universitetində “Dağlar: biomüxtəliflik, landşaftlar və mədəniyyətlər” adlı III beynəlxalq konfrans keçirilib. Bu barədə AZƏRTAC-a Qərbi Kaspi Universitetindən məlumat verilib. Bildirilib ki, beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsinə və dağlıq ərazilərin ekoloji, sosial-iqtisadi və mədəni aspektlərinin multidisiplinar araşdırılmasına həsr olunan konfrans müxtəlif ölkələrdən alim və tədqiqatçıları bir araya gətirib. Konfransın əsas məqsədi dağlıq ərazilərin qlobal əhəmiyyət daşıyan təbii, ekoloji, sosial-iqtisadi, mədəni və landşaft sistemləri kimi kompleks şəkildə öyrənilməsini təşviq etmək, elmi bilik və tədqiqat nəticələrinin mübadiləsini genişləndirmək, beynəlxalq akademik əməkdaşlığı gücləndirməkdir. Tədbir çərçivəsində biomüxtəlifliyin qorunması, iqlim dəyişmələrinin dağ ekosistemlərinə təsiri, ətraf mühitin dayanıqlılığı, təbii və mədəni irsin mühafizəsi, dağ icmalarının davamlı inkişafı və dayanıqlı turizm kimi aktual məsələlər müzakirə olunub. Konfrans beynəlxalq elmi ictimaiyyətin marağına səbəb olub. İştirak üçün ümumilikdə 300-dən çox yerli və xarici alim və tədqiqatçı qeydiyyatdan keçib. Onların 100-dən çoxu xarici ölkələri təmsil edir. İştirakçıların geniş coğrafiyası və elmi təmsilçiliyi konfransın dağlıq ərazilərin öyrənilməsi sahəsində beynəlxalq elmi dialoqun inkişafı, tədqiqat təcrübəsinin paylaşılması və yeni əməkdaşlıq əlaqələrinin qurulması baxımından əhəmiyyətini göstərir.Konfransın akademik səviyyəsini və elmi təmsilçiliyini gücləndirən mühüm amillərdən biri də iştirakçılar arasında beynəlxalq səviyyədə tanınmış alimlərin yer almasıdır. Tədbirdə Stanford Universiteti və “Elsevier” tərəfindən hazırlanan “Dünyanın ən nüfuzlu 2% alimi” siyahısında yer alan Qərbi Kaspi Universitetinin professorları Bassem Khan, Cem Işık, Muhammet Deceçi və Raşid İqbal da iştirak ediblər. Onların iştirakı universitetin beynəlxalq elmi potensialının və qlobal akademik əməkdaşlığa verdiyi önəmin göstəricisidir. Konfransın mühüm istiqamətlərindən biri elmi nəticələrin beynəlxalq akademik mühitdə yayılması və tədqiqatların elmi sanbalının artırılmasıdır. Əvvəlki konfransların elmi ənənələrini davam etdirən tədbir beynəlxalq elmmetrik platformalarda qeydiyyata alınıb və elanları müvafiq platformalarda yayımlanıb. Konfrans çərçivəsində təqdim olunan materiallar elmi qiymətləndirmə və seçim prosesindən keçirilmiş, Scopus beynəlxalq elmi məlumat bazasında indeksləşdirilmişdir. Bu, tədqiqat nəticələrinin beynəlxalq elmi dövriyyəyə daxil edilməsi, müəlliflərin elmi töhfələrinin daha geniş auditoriyaya çatdırılması və dağlıq ərazilərlə bağlı aktual problemlərin beynəlxalq tədqiqat gündəliyində daha geniş təmsil olunması baxımından əhəmiyyət daşıyır.Qeyd edək ki, konfrans Qərbi Kaspi Universitetinin beynəlxalq və regional tərəfdaşlarla əməkdaşlığı çərçivəsində təşkil olunub. Əsas tərəfdaşlar sırasında BMT-nin Dağ Tərəfdaşlığı (UN Mountain Partnership), Dağlıq Regionların Davamlı İnkişafı üzrə Qafqaz Şəbəkəsi, Beynəlxalq Dağçılıq Federasiyası və digər qurumlar yer alır. Qərbi Kaspi Universitetində keçiriləcək III beynəlxalq konfrans dağlıq ərazilərin davamlı inkişafı istiqamətində elmi biliklərin və beynəlxalq təcrübənin paylaşılması, yeni akademik tərəfdaşlıqların qurulması və qlobal ekoloji çağırışların həllinə elmi töhfələrin təşviqi baxımından əhəmiyyətli beynəlxalq platforma olub.
Bu gün
4366 xəbər bu gün
Mingəçevirdə 72 yaşlı usta iş başında infarkt keçirərək vəfat edib.
Qobustan rayonunda kütləvi zəhərlənmə olub.
Türkiyənin sabiq nəqliyyat naziri Arif Ahmet Denizolqunun ölümü ilə bağlı aparılan araşdırma çərçivəsində Məhkəmə-Tibbi Ekspertiza Qurumu tərəfindən hazırlanan hesabat açıqlanıb.
Onlayn ticarət vasitəsilə sifariş edilən və Azərbaycana gətirilən malların vergiyə cəlb olunması ilə bağlı yeni yanaşma təklif edilir.
Təmir işləri ilə əlaqədar sabah Bakının bəzi ərazilərində işıq olmayacaq. Bu barədə "Azərişıq" ASC məlumat yayıb."Abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə noyabrın 6-da…
ABŞ dövlət katibi Marko Rubionun 2028-ci il prezident seçkilərində iştirak etmək məqsədilə vəzifəsindən istefa verə bilər. Bu iddia ilə Britaniyanın “The Independent” nəşri çıxış edib.Nəşrin yazdığına görə, Rubio…
Mingəçevir şəhərində bıçaqlanma hadisəsi qeydə alınıb. Bizim.Media-nın yerli bürosunun məlumatına görə hadisə şəhərin Şəfa Bağları yaşayış massivində baş verib. Mübahisə zəminində 21 yaşlı Ələkbər Osmanov qonşusu, 39…
Azərbaycan Respublikasının Türkiyə Cümhuriyyətindəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Asıanov Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binali Yıldırımı ziyarət edib. Bu barədə Azərbaycan…
Hamiləliyə və doğuşa görə məzuniyyətin müddətinin saxlanılması, ödənişin isə sosial sığorta qanunvericiliyi ilə müəyyən edilməsi təklif olunur. Əmək Məcəlləsinə dəyişiklik layihəsində işləyən qadınlara hamiləlik və doğuş…
Türkiyənin Afyonkarahisar vilayətinin İhsaniye rayonunda silahlı hücum edərək 8 nəfəri qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.Bu barədə CNN Türk xəbər verir. “Afyon qətliamı”nın şübhəlisi Eskişehir vilayətinin…
Azərbaycanın Meksikadakı səfirliyi və konsulluq bölməsi noyabrın 9-u və 10-da fəaliyyət göstərməyəcək.Bu barədə səfirliyin “X” sosial şəbəkə hesabında məlumat verilib. Bildirilib ki, fəaliyyətin dayandırılması 8 Noyabr…
Pakistanın şərqində sərnişin avtobusunun yük maşını ilə toqquşması nəticəsində azı 11 nəfər ölüb, 33 nəfər yaralanıb. Bu barədə polis və xilasetmə xidmətlərinin məlumatlarına istinadən "Dawn" məlumat yayıb. Bildirilib…
Azərbaycanla Ukrayna prezidentləri İlham Əliyev və Volodimir Zelenski arasındakı müntəzəm dialoq iki ölkənin tərəfdaşlığına güclü təkan verir. "Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Azərbaycanın…
Qara dəniz və Xəzər dənizi arasında etibarlı əlaqələr ticarət və enerji resurslarının hərəkəti üçün yeni imkanlar açır. "Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Ukraynanın energetika naziri…
Azərbaycan-Ukrayna hökumətlərarası komissiyasının işinin əsas istiqamətlərindən biri Ukraynanın bərpası və modernizasiyasıdır. "Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Ukraynanın energetika naziri…
Naxçıvan, 5 noyabr, AZƏRTAC Bu gün Azərbaycan xalqının tarixində qürur və şərəf səhifəsinə çevrilmiş Şanlı Zəfərimizə həsr olunan xüsusi tədbirdə – əlilliyi olan istedadlı uşaqların iştirakı ilə təşkil edilmiş inklüziv…
В пятницу, 6 ноября, в двух районах Баку временно отключат электричество из-за плановых ремонтных работ, сообщает ОАО «Азеришыг». В Ясамальском районе подачу электроэнергии приостановят с...
В селе Ламбало Сагареджойского района Грузии, где проживает преимущественно азербайджанское население, вооруженный мужчина напал на трех братьев, сообщает АПА. По предварительным данным, местный житель открыл...
Gələcək illərdə dünyada istilik dalğaları daha uzunmüddətli, genişmiqyaslı və intensiv olacaq. Yeni araşdırmaya görə, bəzi bölgələrdə anomal isti hava dövrü ardıcıl altı ayadək davam edə bilər. Bu barədə Berlin Azad…
Mingəçevirdə tikintidə ölüm hadisəsi olub. Sfera.az -ın məlumatına görə, şəhər sakini 72 yaşlı Mirpaşa Məhərrəmov ev tikintisində usta kimi işləyərkən ölüb. Onun ürəktutmadam öldüyü bildirilir. Faktla bağlı araşdırma…
Hindistan Müdafiə Araşdırmaları və İnkişafı Təşkilatı (DRDO) uçuş zamanı manevr etmək və trayektoriyasını dəyişmək qabiliyyətinə malik “Pralay” kvaziballistik raketinin uğurlu sınağını keçirib
Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib
“Putin müharibənin başa çatması üçün hər cür yardım göstərəcəyini bildirib”
Qətlləri törətməkdə şübhəli bilinən şəxs Eskişehirin Seyitgazi rayonunda saxlanılıb
Cənubi Amerikada vaxtilə təbiətə buraxılan 4 dovşan illər sonra böyük ekoloji fəlakətə səbəb olub. Şili və Argentina arasında yerləşən Odlu Torpaq adasında bu heyvanların sürətlə çoxalması ciddi problemlər yaradıb…
Azərbaycanın Meksikadakı səfirliyi və konsulluğu iki gün fəaliyyət göstərməyəcək. Bu barədə Azərbaycanın Meksikadakı səfirliyinin “X” sosial şəbəkə hesabında elan yayılıb. “8 Noyabr – Zəfər Günü və…
Abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə noyabrın 6-da Yasamal və Nizami Rayon Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) xidməti ərazilərində bir sıra Transformator…
Qobustan rayonunda zəhərlənən şəxslərin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Regional Yol İstismarı İdarəsinin əməkdaşları olduğu bildirilir.
Əmək məzuniyyətinin və ya onun bir hissəsinin başqa vaxta keçirilməsi halları və qaydalarının dəqiqləşdirilməsi təklif olunur. Layihəyə əsasən, işçinin təşəbbüsü ilə məzuniyyət onun əmək qabiliyyətini müvəqqəti itirdiyi…
Mingəçevir şəhərində bıçaqlanma hadisəsi baş verib. Hadisə şəhərin Şəfa Bağları adlanan yaşayış massivində qeydə alınıb. Belə ki, 21 yaşlı Ələkbər Osmanov mübahisə zəminində qonşusu, 39 yaşlı Şahid Məmmədovu bıçaqlamaqda…
Qobustan rayonunda kütləvi zəhərlənmə olub. Ilkin məlumata əsasən, beş nəfər zəhərlənmə şübhəsi ilə rayon xəstəxanasına daxil olub. Onların göbələkdən zəhərləndiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.
Azərbaycanda əvvəllər fəaliyyət göstərən "Muğan" klubunda oynamış moldovalı futbolçu Vadim Kriçmar 38 yaşında vəfat edib. Bu barədə Moldova mətbuatı məlumat yayıb. Məlumata görə, Kriçmar ağır onkoloji xəstəliklə mübarizə…
Bu barədə Azərbaycanın Meksikadakı səfirliyinin "X" sosial şəbəkə hesabında elan yayılıb. "8 Noyabr - Zəfər Günü və 9 Noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar olaraq, 09.11.2026-10.11.2026-cı il…
Qətərin dövlət neft-qaz şirkəti olan "QatarEnergy" mayeləşdirilmiş təbii qaz (LNG) alışı üzrə yeni uzunmüddətli sazişlərin bağlanması barədə ABŞ tədarükçüləri ilə danışıqlar aparır. Bu barədə "Bloomberg" məlumat yayıb…
Latviyada keçirilən NATO hərbi təlimləri zamanı fermalardan birində inəklər güclü səs-küy və yaranan panika nəticəsində xəsarət alıb. Heyvanlardan birinin vəziyyətinin kritik olduğu bildirilir. Bu...
ABŞ-də Demokratlar Partiyasının nümayəndələri Donald Trampın prezidentliyi dövründəki fəaliyyətinin araşdırılmasına başlamağı planlaşdırırlar. Araşdırmalara “SpaceX” şirkətinin rəhbəri İlon Maskın və ABŞ prezidentinin…
Amerikanın aerokosmik şirkəti "Blue Origin" ağır "New Glenn" raketinin növbəti buraxılışını 2027-ci ilin əvvəlinə təxirə salmaq qərarına gəlib. Oktyabr ayında şirkətin təsisçisi Ceff…
Təmir işləri ilə əlaqədar sabah Bakının bəzi ərazilərində işıq olmayacaq. Bu barədə "Azərişıq" ASC məlumat yayıb."Abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə noyabrın 6-da…
Еще два представителя Азербайджана завоевали путевки в следующий раунд чемпионата мира по прыжкам на батуте и тамблингу в китайском Нанкине. Со ссылкой на İdma, n.Biz, в индивидуальной программе по прыжкам на батуте…
В Центре творчества Максуда Ибрагимбекова, расположенном в исторической части Баку - Ичеришехер, в рамках Art Weekend состоялась иммерсивная аудиовизуальная постановка-медитация "Наш дом" режиссёра-постановщика…
Zəfər Günü
Vadim Kriçmar
Ənsarullah
Mingəçevirdə 72 yaşlı usta iş başında infarkt keçirərək vəfat edib.