“Yalan danışanları gülə-gülə yola verirəm…”
Bu sözləri Aşıq Zülfiyyə İbadova “İncə Səhər” verilişində deyib.
Sənətçi insan sərrafı olduğunu bildirib. Bununla belə, saxta və qeyri-səmimi insanların yalanını üzlərinə vurmadığını qeyd edib:
“İnsanları yaxşı tanıyıram. Qarşılıqlı söhbət edirik, adım kimi əminəm ki, məsələn, bunun bütün danışdıqlarının hamısı yalandır. Amma sadəcə olaraq gülürəm və həmin insanı yola verirəm. Yola verə bilmədiklərimi də yola salıram, gedir”.