Çalhanoğlu İtaliya klublarının hədəfindədir

İtaliyanın “İnter” klubunun türkiyəli yarımmüdafiəçisi Hakan Çalhanoğlu karyerasını başqa İtaliya təmsilçisində davam etdirə bilər.

Jurnalist Ekrem Konurun məlumatına görə, 32 yaşlı futbolçu ilə “Komo” və “Yuventus” klubları maraqlanır. Onun Türkiyəyə qayıtması variantı da nəzərdən keçirilir.

Çalhanoğlunun “İnter”lə müqaviləsinin müddəti 2027-ci il iyunun sonunda başa çatacaq. Futbolçunun bazar dəyəri 16 milyon avro qiymətləndirilir.

Qeyd edək ki, yarımmüdafiəçi cari mövsümdə İtaliya A Seriyasında 8 matçda meydana çıxıb və 3 qol vurub.