Niderlandın "Ayaks" komandasında çıxış edən müdafiəçi Yuri Baas karyerasını İspaniyada davam etdirə bilər.
"SPORT" nəşrinə istinadən, 23 yaşlı futbolçu "Barselona"nın transfer radarına düşüb.
Müdafiə xəttindəki alternativləri artırmağı planlaşdıran Kataloniya klubunun idman direktoru Deko niderlandlı oyunçunun namizədliyini diqqətlə nəzərdən keçirir. 2028-ci ilin yayına qədər "Ayaks"la müqaviləsi olan futbolçunun gedişinə Amsterdam təmsilçisinin də mane olmayacağı bildirilir.
Qeyd edək ki, "Barselona"nın siyahısında "Mançester Yunayted"dən ayrılmaq ehtimalı olan Lisandro Martines və "Tvente"nin 18 yaşlı gənc istedadı Rüd Neystad da yer alır.