Husilər BMT-nin ofisindən Bab əl-Məndəb boğazını bombardman etdilər

“Ənsarallah” Hərəkatı (husilər) Yəmənin Əl-Moka şəhərində yerləşən BMT-yə məxsus kompleksdən Bab əl-Məndəb boğazı istiqamətində beş raket atıb.

Bu barədə “Al-Arabiya” telekanalı yerli mənbələrə istinadla məlumat yayıb.

Mənbə bildirib ki, Yəmənin hökumət qüvvələri Əl-Muqeyrişə bölgəsində husilərin irəliləməsinin qarşısını alıb, Mərib vilayətində isə bu qruplaşmanın qüvvələrini təqib ediblər.

Məlumatda raketlərin hansı hədəfə yönəldiyi və atəşin nəticələri barədə təfərrüatlar açıqlanmayıb.