Bakı, 5 noyabr, AZƏRTAC Sığorta prinsiplərinə əsaslanmayan xərclər Dövlət Sosial Müdafiə Fondunun vəsaitləri hesabına maliyyələşdirilir.AZƏRTAC xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin Əmək və sosial siyasət komitəsi ilə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin birgə iclasında "Dövlət sosial müdafiə fondunun 2027-ci il büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.Palata sədri bildirib ki, fondun xərclərinin maliyyələşdirilməsi iki əsas mənbə hesabına həyata keçirilir: "Bunlardan biri fondun büdcə gəlirləri, digəri isə əvvəlki illərdən istifadə olunmamış vəsaitlərdir. Növbəti ildə bütün mənbələr üzrə ümumilikdə təqribən 9,2 milyard manat vəsait nəzərdə tutulub. Hüquqi aktlarda belə bir tələb müəyyən edilməsə də, büdcədənkənar fondların büdcələri tarazlıq prinsipi əsasında tərtib edilir. Bu isə öhdəliklərin maliyyələşdirilməsi üçün yalnız çatışmayan məbləğ qədər vəsaitin artırılmasına səbəb olur”. Foto – Aydın Məmmədov