Astana, 4 noyabr, AZƏRTAC Qırğızıstan 2026-cı ildə Mərkəzi Asiya iqtisadiyyatı üzrə BMT-nin Xüsusi Proqramına (SPECA) sədrliyi müddətində Çin ilə Avropa arasında nəqliyyat dəhlizlərinin inkişafını əsas prioritet məsələ kimi müəyyən edib.AZƏRTAC Qırğızıstanın “Kabar” agentliyinə istinadla xəbər verir ki, bu barədə Qırğızıstanın iqtisadiyyat və ticarət nazirinin müavini Mederbek Tumanov “SPECA 2026” iqtisadi forumunda bildirib.Onun sözlərinə görə, nəqliyyat marşrutlarının inkişaf etdirilməsi Mərkəzi Asiyanın tranzit potensialını gücləndirəcək və regionun Şərq-Qərb ticarətində rolunu artıracaq.Prioritet layihələrə Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisi, Balıqçı-Koçkor dəmir yolunun inkişafı və 150 kilometrlik Barskoon-Bedel-Üçturfan avtomobil yolunun tikintisi daxildir. Elşən Rüstəmov AZƏRTAC-ın xüsusi müxbiri Astana