"Fənərbağça" Konseysao ilə razılığa gəlmədi

Yeni baş məşqçi axtarışlarını davam etdirən "Fənərbağça"da gözlənilməz bir şey yaşanıb.

Offsideplus.az-a istinadla, İstanbul təmsilçisinin portuqaliyalı mütəxəssis Serxio Konseysao ilə apardığı danışıqlarda anlaşılmazlıq yaranıb.

Tərəflər arasında müqavilənin bəzi bəndlərində razılıq əldə olunmadığı üçün danışıqlar dayandırılıb.

Bundan sonra rəhbərlik alternativ variantlara yönəlib. "Sarı-lacivərdlilər"in gündəminə gətirdiyi əsas namizədlərdən biri komandanın keçmiş futbolçusu və baş məşqçisi Emre Belözoğludur.

Qeyd edək ki, ötən gün "Fənərbağça" ilə Konseysao arasında razılıq əldə olunması ilə bağlı məlumat yayılmışdı.