Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib

İşğaldan azad edilmiş ərazilərə köçürülən sakinlərdən indiyədək 12 621 nəfərin məşğulluğu təmin edilib. Onlardan 1 224 nəfər üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar yaradılıb, 642 nəfər isə peşə hazırlığı kurslarına cəlb olunub. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyindən bildirilib.

Hazırda həmin ərazilərə köçürülmüş daha 1 538 nəfərin məşğulluğunun təmin edilməsi istiqamətində işlər aparılır.