Sədəf Budaqova: “Bəzən toy sahibi elə bir endirim istəyir ki…”

“Bəzən toy sahibi gəlib elə bir məbləğdə endirim istəyir ki, adam ondansa evdə oturmaq istəyir”.

Bu sözləri müğənni Sədəf Budaqova “1001 şou” verilişində deyib.

Sənətçi aparıcının “Hansı müğənnilər toyun qiymətini aşağı salmaqdansa, elə evdə oturaram deyir?” sualını cavablandırıb:

“Əməyini ucuzlaşdırmaq istəməyən müğənni belə deyə bilər. Heç kim heç kimin əziyyətini yerə vura bilməz. Bəlli bir toy qiyməti qoyursan. Düzdür, cüzi məbləğdə endirim edə bilərsən. Amma bəzən gəlib elə bir məbləğdə endirim istəyirlər ki, adam ondansa evdə oturmaq istəyir. Amma mən elə etmədim, pulumu aldım, gedib toyumu da oxuyacam”.