İran ABŞ-yə xəbərdarlıq etdi: "Müharibə regionla məhdudlaşmayacaq"

İran ABŞ-dən mümkün hücum olacağı təqdirdə müharibənin Yaxın Şərqlə məhdudlaşmayacağını bəyan edib.

Bu barədə İran ordusunun sözçüsü, briqada generalı Məhəmməd Əkrəminiya açıqlama verib.

O bildirib ki, ABŞ-nin istənilən yeni hücumuna əvvəlkindən daha genişmiqyaslı və sərt cavab veriləcək. General həmçinin İran Silahlı Qüvvələrinin müdafiə və hücum imkanlarının gücləndirildiyini vurğulayıb.

Qeyd edək ki, İranın ali rəhbəri Müctəba Xamenei oktyabrın 31-də yüksək rütbəli hərbi rəsmilərlə görüşündə ölkəyə qarşı istənilən hücuma dərhal və sərhəd tanımadan cavab verilməsi barədə göstəriş verib.