Fərhad Davud oğlu Quliyev Kiyev Şəhər Hərbi Administrasiyası (KŞHA) rəisinin müavini vəzifəsinə təyin olunub.
Bu barədə Ukrayna Azərbaycanlılarının Birləşmiş Konqresi məlumat yayıb.
Qeyd edək ki, Fərhad Quliyev 18 may 1987-ci ildə Dneprdə anadan olub.
O, uzun müddət Ukraynada hüquqşünas kimi fəaliyyət göstərib. 2022-ci ildə müharibə başladıqdan sonra Ukrayna Silahlı Qüvvələrinin sıralarına qoşulub.
Hərbi xidməti dövründə o, döyüş bölməsindəki sıravi əsgərlikdən Ukrayna Müdafiə Nazirliyində rəhbər vəzifələrə qədər yüksəlib.