"Qırmızı körpü" dövlət sərhədindən buraxılış məntəqəsində Azərbaycandan Gürcüstan istiqamətinə hərəkət edən iki "MAN" markalı yük avtomobilində sənədlərdə göstərilməyən dizel yanacağı, qəlyan tütünü və avtomobil ehtiyat hissələri aşkar edilib.
Bu barədə Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.
Bildirilib ki, nəqliyyat vasitələri sərhəd naryadı tərəfindən təkrar yoxlamaya cəlb olunub. Yük sənədlərində gips daşındığı göstərilsə də, yoxlama zamanı avtomobillərdə 240 ədəd (24 kiloqram) qəlyan tütünü, 1119 ədəd avtomobil ehtiyat hissəsi və 40 ton dizel yanacağı aşkarlanıb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.