Efirə zəng edən qadının sözləri Elgizi özündən çıxardı

Aparıcı Elgiz Əkbərin canlı efirdə studiyaya zəng edən xanımla dialoqu müzakirələrə səbəb olub.

Proqram zamanı telefon bağlantısı yaradan qadının yaraşıqlı bir oğlan uğrunda bütün var-dövlətindən keçməyə hazır olduğunu söyləməsi aparıcının etirazına səbəb olub.

Xanımın fikirlərini qəbul etməyən Elgiz Əkbər ona iradını bildirərək narazılığını açıq şəkildə ifadə edib. Aparıcının zəng edən xanıma münasibəti efirdə gərgin anların yaşanmasına səbəb olub.

Həmin dialoq sosial şəbəkələrdə də diqqət çəkərək izləyicilər arasında müzakirə yaradıb.(Milli.Az)