İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Əlcəzair Prezidenti Abdelmacid Tebbunu 1 Noyabr – İnqilab Günü münasibətilə təbrik edib.

Dövlət başçısı bu münasibətlə əlcəzairli həmkarına təbrik məktubu ünvanlayıb.

İlham Əliyev məktubunda Əlcəzair xalqının azadlıq və müstəqillik uğrunda mübarizəsinin, qəhrəmanlığının və milli birliyinin bu tarixi gündə öz əksini tapdığını vurğulayıb.

Prezident Azərbaycanla Əlcəzair arasında dostluq və qardaşlıq münasibətlərinin mövcud səviyyəsindən məmnunluğunu ifadə edib, əlaqələrin və qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf edəcəyinə əminliyini bildirib.

Dövlət başçısı Abdelmacid Tebbuna möhkəm cansağlığı və fəaliyyətində uğurlar, Əlcəzair xalqına isə əmin-amanlıq və firavanlıq arzulayıb.