Rusiya Hava Hücumundan Müdafiə qüvvələri gecə ərzində 235 pilotsuz uçuş aparatını (PUA) vurub.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nijeqorod vilayətinin qubernatorunun bildirdiyinə görə, təkcə bu region üzərində 100-dən çox PUA zərərsizləşdirilib. Hücum nəticəsində yerli sənaye müəssisələrindən birinə ciddi ziyan dəysə də, xəsarət alan olmayıb.
Rusiya Müdafiə Nazirliyi həmçinin Odessadan cənub-qərbdə Ukrayna Silahlı Qüvvələri üçün hərbi yük daşıyan gəminin vurulduğunu açıqlayıb.
Bundan əlavə, Sumı vilayətinin Konotop dəmir yolu stansiyasında hərəkəti idarəetmə obyektlərinə də zərbələr endirilib.