"Ərzurumspor" Nərimana ehtiyac duymadı

Türkiyə superliqasında 10-cu turun oyunları keçirilir.

Nəriman Axundzadənin formasını geydiyi "Ərzurumspor" "Çorum"u qəbul edib. Qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Nəriman bu matçın iştirakçısı olmayıb. 22 yaşlı forvard sona qədər ehtiyatda qalıb. Millimizin üzvü superliqa təmsilçisinin heyətində 3 rəsmi matçda cəmi 55 dəqiqə meydanda olub.

10 turdan sonra 14 xal toplayan "Ərzurumspor" 9-cu pillədə qərarlaşıb.