Bakıda maşın velosipedçini vuraraq öldürüb

Bakıda avtomobil velosipedçini vurub.

Hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsində qeydə alınıb.

67 yaşlı Bədəlov Ədalət Tofiq oğlu idarə etdiyi "VAZ-2109" markalı avtomobillə velosipedçi, 33 yaşlı Hüseynov Ülfət Vidadi oğlunu vurub. Nəticədə Ü. Hüseynov hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb.