Müğənni İbrahim Borçalı səhhəti ilə bağlı açıqlama verib.
Sənətçi bu barədə "Bəh-bəh" verilişində danışıb. O, şirniyyatı çox sevdiyini, lakin şəkər xəstəliyinə görə ondan uzaq durmağa çalışdığını bildirib:
"Şirniyyatı xoşlayıram. Amma dərddən şəkərim qalxdı deyə, məcburam ki, az yeyim. Şirin və xəmir yeməklərindən qaçmağa çalışıram".
Qeyd edək ki, İ.Borçalının oğlu 2020-ci ildə Gürcüstanda baş verən avtomobil qəzasında həyatını itirib.//axşam.az