"Zəng etsələr, Putin dəstəyi qaldıracaq!" - Kremldən xəbərdarlıq

Rusiya Prezidenti Vladimir Putin bütün dövlət başçıları, o cümlədən Fransa lideri Emmanuel Makron və Almaniya Kansleri Fridrix Merts ilə dialoqa açıqdır.

TASS-a istinadən, bunu Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.

Kreml rəsmisi - "Əgər Kremlə Makron və ya Merts zəng etsə, Putin nə edəcək?" - sualına cavab olaraq, "O da dəstəyi qaldıracaq. O, hamı ilə dialoqa açıqdır", - deyə qeyd edib.

Rusiya prezidentinin, həmçinin Ukrayna lideri Volodimir Zelenski ilə də telefon danışığına hazır olub-olmaması ilə bağlı sualı cavablandıran Peskov hələlik kimsənin zəng etmədiyini vurğulayıb.