Uşaqlar arasında piylənmə – Oğlanlarda yoxsa qızlarda daha çoxdur?

Azərbaycanda piylənmədən əziyyət çəkən uşaqlar arasında oğlanlar üstünlük təşkil edir.

Piylənmə problemi yaşayan uşaqların 51,7 faizini oğlanlar, 48,3 faizini isə qızlar təşkil edir.

Yaş qrupları üzrə göstəricilərdə isə fərqli mənzərə müşahidə olunur. Belə ki, 13 yaşadək piylənmədən əziyyət çəkən uşaqlar arasında oğlanların payı 67,8 faizdir.

14-17 yaş aralığında isə vəziyyət dəyişir. Bu yaş qrupunda piylənmədən əziyyət çəkənlər arasında qızlar üstünlük təşkil edir. Onların payı 46,9 faizdir.

Qeyd edək ki, 2025-ci ildə ilk dəfə piylənmə aşkar edilmiş uşaqların sayı 1087 nəfər olub. Bu, 18 yaşadək hər 100 min uşaqdan 43 nəfər deməkdir. Onlardan 525-i qız, 562 nəfərk isə oğlan uşaqlardır.

2026-cı ilin məlumatlarına əsasən isə əhalinin hər yüz min nəfərindən 56-sı piylənmədən əziyyət çəkən uşaqlardır.

Fəridə, Bizim.Media