Azərbaycanda vətəndaşlar Ombudsmanın fəaliyyətindən çox razıdır. Bunu deputat Səyyad Aran deyib.
“Hələ bu günə qədər mən şəxsən camaatın içindəyən və bu hadisələri də müşahidə eləyən bir yaşlı deputat kimi görməmişəm ki, ombudsman aparatından kimsə şikayət eləsin.
Mən dəfələrlə eşitmişəm, Səbinə xanımın yanına gedən şikayətçi əliboş qayıtmayıb.
Bu elə ən əsas məsələdir də, sən məmurun yanına gedəsən, nazirin yanına gedəsən, ordan əliboş qayıdasan, bu biabırçılıqdır. Amma Səbinə xanımdan qayıtmırlar. O mütləq yardım eləyir, istiqamət verir", - deputat bildirib.