Tehranda SEPAH-ın yüksək vəzifəli kəşfiyyat zabiti, polkovnik Qaffar Emadi öldürülüb.
Bu haqda sosial media kanallarında məlumatlar yayılıb.
Onun Tehranda SEPAH-ın kəşfiyyat bölməsinə aid gizli evlərdən birində bir qadın tərəfindən güllələnərək öldürüldüyü iddia edilib.
İranın rəsmi mediası və dövlət qurumları bu barədə məlumat yaymayıb.
Hadisə bir neçə gün əvvəl baş verib.