İngiltərənin “Arsenal” klubu əsas qapıçısı David Raya ilə müqavilənin müddətini uzatmaq üçün danışıqlara başlamağa hazırlaşır.
“Football Insider” nəşrinə istinadən, London təmsilçisinin rəhbərliyi 2028-ci ilin yayında başa çatacaq müqaviləni uzatmaqla İspaniya klublarının mümkün marağının qarşısını almaq istəyir.
Son günlər 31 yaşlı qapıçının adı “Barselona” və “Real Madrid”lə hallanırdı.
Qeyd edək ki, David Raya 2023-cü ildə “Brentford”dan “Arsenal”a keçib. O, London klubunun əsas qapıçısına çevrilərək son mövsümlərdə Premyer Liqanın ən yaxşı qolkiperlərindən biri kimi tanınıb.