Komitə namizədləri bəyəndi, Milli Məclisə tövsiyə etdi

Milli Məclisin İnsan hüquqları komitəsinin oktyabrın 30-da keçirilən iclasında Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (ombudsman) seçilməsi məsələsi müzakirə olunub.

Komitə sədri Zahid Oruc namizədlər barədə məlumat verib.

O deyib ki, namizədlər - hazırkı Ombudsman Səbinə Əliyeva, Konstitusiya Məhkəməsinin keçmiş hakimi, hüquq elmləri doktoru, professor Ceyhun Qaracayev və Ali Məhkəmənin hakimi, Hakimlərin Seçki Komitəsinin üzvü Elşana Vəliyevadır.

Deputatlar namizədlər barədə fikirlərini bildiriblər.

S.Əliyeva, C.Qaracayev və E.Vəliyeva çıxış edərək onlara göstərilən etimada görə təşəkkür edib.

Çıxışların sonunda namizədlər parlamentin plenar iclasında müzakirəyə tövsiyyə edilib.