Əli Əsədov və İrakli Kobaxidzenin təkbətək görüşü oldu

Bu gün Gürcüstanın Kaxeti bölgəsinin Siqnaxi şəhərində Azərbaycanın Baş naziri Əli Əsədov və Gürcüstanın Baş naziri İrakli Kobaxidze arasında təkbətək görüş olub.

Hökumət başçıları Azərbaycan ilə Gürcüstan arasında strateji tərəfdaşlığın müxtəlif aspektlərini, ikitərəfli gündəlikdə duran aktual məsələləri və ikitərəfli əməkdaşlığın gələcək inkişaf istiqamətlərini müzakirə ediblər.