Bakıətrafı ərazilərdə dəmir yolu infrastrukturunun təkmilləşdirilməsi çərçivəsində bir neçə xətt üzrə layihələndirmə işlərinə başlanılıb.
Bu barədə jurnalistlərə açıqlama verən “Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyevin sözlərinə görə, Dövlət Proqramında Bakıxanov–Binə–Qala, Zabrat–Maştağa–Bağlar və Qaradağ–Güzdək dəmir yolu xətlərinin yenilənməsi ilə yanaşı, Yeni Suraxanı–Hövsan xəttinin bərpası da nəzərdə tutulub.
Qeyd olunan xətlər üzrə yol infrastrukturunun təhlili aparılıb və layihələndirmə işlərinə başlanılıb.
Alçina Amilqızı, Bizim.Media