3 noyabr seçki günü ABŞ-ın mərkəzi hissəsindən keçəcəyi gözlənilən fırtına siklonu seçkilər zamanı seçici fəallığına təsir göstərə bilər .
Bunu “Phobos” hava mərkəzinin aparıcı mütəxəssisi Mixail Leus bildirib.
Ayova, Kanzas, Miçiqan, Texas və Ohayo kimi bir neçə ştatda güclü yağış və külək gözlənilir.
Meteoroloqun sözlərinə görə, pis hava şəraiti seçici fəallığını azalda bilər.
Seçkilərin nəticələri Nümayəndələr Palatasının tərkibini və 33 senator vəzifəsinin bölüşdürülməsini müəyyən edəcək. Seçkilərdən əvvəl Konqresin hər iki palatası Respublikaçılar Partiyası tərəfindən idarə olunur.