ABŞ-nin kompüter komponentləri istehsalçısı Intel-in səhmləri zəif rüblük hesabatdan sonra oktyabrın 30-na keçən gecə postmarket ticarətində 23% ucuzlaşıb. Bu barədə Bloomberg yazır.
Intel 2026-cı ilin üçüncü rübündə xalis mənfəətini ötən ilin eyni dövründəki 4,1 milyard dollardan 3,3 milyard dollara endirib. Bununla yanaşı, şirkətin gəliri 21% artaraq 16,51 milyard dollara çatıb.
İnvestorları narazı salan əsas məqam Intel-in kompüter və çip istehsalında artım tempinin ən azı 2027-ci ilin birinci yarısınadək zəifləyəcəyini gözləməsi olub.
Şirkət 2026-cı ilin dördüncü rübündə gəlirin 15–16 milyard dollar diapazonunda olacağını proqnozlaşdırır. Analitiklərin proqnozu isə gəlirin 17 milyard dollar səviyyəsində olacağını nəzərdə tuturdu.