Yeni Suraxanı–Hövsan sakinlərinə

Yeni Suraxanı-Hövsan dəmiryol xəttinin bərpası üzrə layihələndirmə işlərinə başlanılıb, xətt boyunca stansiyaların yerləri müəyyən edilib.

Trend-ə istinadən, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev Yeni Suraxanı-Hövsan xətti üzrə görülən işlərlə bağlı Hövsan qəsəbəsinə təşkil olunan mediatur çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, xətt boyunca mühafizə zonasında yerləşən və tikinti altına düşən yaşayış evləri və qeyri-yaşayış obyektlərinin söküntüsü başa çatıb.

Qeyd olunub ki, Yeni Suraxanı-Hövsan dəmiryol xəttinin bərpası "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair Dövlət Proqramı" çərçivəsində nəzərdə tutulur.