Hökməlidə tövlə yandı, 7 ton ot külə döndü-VİDEO

Abşeron rayonunun Hökməli qəsəbəsində tövlədə yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, yanğınla bağlı nazirliyin “112” qaynar xəttinə məlumat daxil olub. Dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

Yanğın nəticəsində ümumi sahəsi 80 kvadratmetr olan taxta konstruksiyalı tövlə və ətrafına yığılmış 14 ton ot bağlamasının 7 tonu yanıb.

Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində alovun genişlənməsinin qarşısı alınıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Hadisə zamanı xəsarət alan olmayıb.