Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Böyük iyirmilik” (G20) ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirak etmək üçün ABŞ-ın Atlanta şəhərinə gedib.
Bu barədə RİA Novosti məlumat yayıb.
Görüş oktyabrın 30-31-də keçiriləcək.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Atlantada keçiriləcək müzakirələrin əsas mövzusu dünya iqtisadiyyatı olacaq. O, həmçinin müasir geosiyasətdə müşahidə olunan dağıdıcı tendensiyaların təhlil ediləcəyini qeyd edib.
G20 ölkələrinin xarici işlər nazirlərinin görüşü dekabrın 14-15-də ABŞ-ın Mayami şəhərində keçiriləcək “Böyük iyirmilik” sammitinə hazırlıq xarakteri daşıyır.
ABŞ dövlət katibi Marko Rubio daha əvvəl Vaşinqtonun Rusiya Prezidenti Vladimir Putini ABŞ-da keçiriləcək G20 sammitinə dəvət etdiyini bildirmişdi.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə Vladimir Putinin sammitdə şəxsən iştirak edib-etməyəcəyi ilə bağlı hələlik qərar verilmədiyini açıqlayıb.