Mourinyonun ona etimadı artıb

Karlos Espi “Real”da tədricən daha çox oyun praktikası qazanmaq imkanına malikdi.

O, cari mövsümdə ilk dəfə əsas komandanın start heyətində meydana çıxa bilər.

AS nəşrinin məlumatına görə, baş məşqçi Joze Mourinyo 21 yaşlı hücumçunun məşqlərdəki çıxışından razı qalıb. Buna görə də portuqaliyalı mütəxəssis ona qarşıdakı oyunlardan birində şans verməyi planlaşdırır. Espi ya İspaniya çempionatında “Rasinq”lə, ya da Çempionlar Liqasında AEK-ə qarşı keçiriləcək matçda start heyətində yer ala bilər.