İspaniyada qatarların toqquşmasından sonra ölənlərin sayı 74 nəfərə çatdı

Toledoda (İspaniya) iki qatarın toqquşması nəticəsində ölənlərin sayı 74 nəfərə çatıb.

Bu barədə İspaniya mediası məlumat yayıb.

Faciə nəticəsində 100-ə yaxın insan yaralanıb, onlardan 53-ü xəstəxanadadır, 15 nəfərin vəziyyəti kritikdir.

Xatırladaq ki, İspaniyanın Toledo şəhərində iki qatarın toqquşmasından sonra 64 nəfər itkin düşüb.