İsrailin Hayfa limanından Rumıniyaya gedən yük gəmisi Qara dənizdə 3 dron tərəfindən hücuma məruz qalıb.
“Israel Hayom” nəşrinə istinadən, gəmidə dəyərli yük daşıyan 421 konteyner olub, hücum nəticəsində gəmi batıb.
Bolqarıstan sahillərində batan gəminin 18 nəfərlik heyəti (14 filippinli və 4 ukraynalı) isə xilas edilib.