Bakıda idman zalında ölüm hadisəsi olub.
Lent.az-a istinadən, hadisə Nizami rayonu ərazisindəki zallardan birində baş verib.
Burada məşq edən 20 yaşlı Rəsul Nəsibov qəfil dünyasını dəyişib. Onun ürək çatışmazlığından öldüyü ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.