Bakı, 29 oktyabr, AZƏRTAC Azərbaycanda qadın sağlamlığı, analıq və uşaq inkişafı sahəsində rəqəmsal həllərə ehtiyac artdıqca, yerli innovativ təşəbbüslər də diqqət mərkəzinə gəlir. Bu istiqamətdə fəaliyyət göstərən “Anacan” platforması analara və ana olmağa hazırlaşan qadınlara etibarlı məlumat, rəqəmsal alətlər və dəstək mühiti təqdim edən yerli FemTech startaplarından biridir.“Anacan” layihəsi innovativ və yüksək potensiala malik startap kimi “Startap” şəhadətnaməsi alıb. Bu status layihənin texnoloji inkişafına, məhsulun təkmilləşdirilməsinə və gələcəkdə beynəlxalq bazarlara çıxış imkanlarının genişləndirilməsinə mühüm dəstək verir.“Anacan” MMC-nin təsisçisi və direktoru Türkan Sultanlı layihənin yaranma tarixi, qadınlara təqdim etdiyi imkanlar, süni intellekt və rəqəmsal texnologiyaların tətbiqi, məlumat təhlükəsizliyi, xarici bazarlara çıxış planları və startapın gələcək hədəfləri ilə bağlı AZƏRTAC-ın suallarını cavablandırıb. – “Anacan” ideyası necə yarandı və bu platformanı qadınlar üçün yaratmaq qərarına necə gəldiniz? Layihənin əsas məqsədi nədir?– İdeya, ilk növbədə, şəxsi ehtiyacdan və ana kimi yaşadığım təcrübələrdən qaynaqlandı. Hamiləlik dövründə və uşaq böyüdərkən fərq etdim ki, internetdə məlumat çox olsa da, onların əksəriyyəti ya qeyri-dəqiqdir, ya da xarici dillərdə təqdim olunur və bizim reallığımızdan uzaq mənbələrə əsaslanır. Gənc anaların etibarlı, elmiəsaslı və doğma dildə məlumat təqdim edən bələdçiyə böyük ehtiyac duyduğunu gördüm.Əsas məqsədimiz qadınların analıq səyahətini daha rahat, məlumatlı və texnoloji cəhətdən dəstəklənən prosesə çevirmək, onlar üçün tam lokallaşdırılmış FemTech (qadın texnologiyaları) ekosistemi yaratmaqdır. – Platforma hansı yaş qrupundan olan qadınlara xidmət edir? Regionlarda yaşayan qadınlar üçün platformanın əhəmiyyəti nədir? Qadınların hansı problemlərini həll etməyi hədəfləyirsiniz?– Platformamız əsasən reproduktiv yaşda olan, ana olmağa hazırlaşan və azyaşlı övladı olan qadınlar üçün nəzərdə tutulub. Regionlarda yaşayan qadınlar üçün “Anacan”ın əhəmiyyəti xüsusilə böyükdür. Çünki paytaxtdan uzaqda yaşayan anaların istədikləri həkimə müraciət etmək və ya müasir məlumat mənbələrindən yararlanmaq imkanları hər zaman əlçatan olmaya bilər.“Anacan” onların cibindəki rəqəmsal bələdçi rolunu oynayaraq məlumat çatışmazlığını aradan qaldırmağa kömək edir. Biz, əsasən, yanlış və ziddiyyətli məlumatların yayılması, hamiləlik dövrünün və uşağın inkişafının izlənilməsindəki çətinliklər, eləcə də anaların özlərini tənha hiss etməsi kimi problemlərin həllini hədəfləyirik. – Layihənin hazırlanması zamanı hansı araşdırmalar aparılıb? İnternetdə çoxlu məlumat mənbələri olduğu halda, “Anacan”ın digər platformalardan əsas fərqi nədir?– Layihəyə başlamazdan əvvəl həm yerli bazarı, həm də qadınların ehtiyaclarını dərindən araşdırdıq. Bizi fərqləndirən əsas cəhət yalnız məlumat portalı olmamağımızdır. “Anacan” tətbiqində qadınlar üçün müxtəlif funksiyaları bir araya gətirən 30-a yaxın rəqəmsal alət mövcuddur. Bunlara uşağın qidalanma və yuxu rejiminin izlənilməsi, inkişaf göstəricilərinin qeydə alınması, peyvənd təqvimi, dişçıxarma izləyicisi, sağlam reseptlər, interaktiv nağıllar və digər funksiyalar daxildir.Həmçinin qadınların bir-biri ilə ünsiyyət qurması üçün “Cəmiyyət” bölməsi yaradılıb. Burada istifadəçilər analıq və hamiləlik dövründə qazandıqları təcrübələri paylaşaraq faydalı ünsiyyət mühiti formalaşdırırlar.Bununla yanaşı, xüsusi RAG (axtarışla gücləndirilmiş generasiya) mexanizmindən istifadə edirik. Bu texnologiya müvafiq məlumatların axtarılmasına və cavabların həmin məlumatlar əsasında formalaşdırılmasına imkan verir. Platformada istifadəçilərin təqdim etdiyi məlumatlardan istifadə isə müvafiq icazə və məxfilik prinsipləri çərçivəsində həyata keçirilir. – İstifadəçilərin məlumatlarının təhlükəsizliyi necə qorunur?– Tibbi və fərdi məlumatların məxfiliyi bizim üçün əsas prioritetdir. Platforma bulud texnologiyaları və şifrələmə alqoritmləri əsasında qurulub. Məlumatların qorunmasına xüsusi diqqət yetirir, GDPR (Ümumi Məlumatların Qorunması Qaydası) və HIPAA (Sağlamlıq Sığortasının Daşınması və Hesabatlılığı haqqında Akt) kimi beynəlxalq çərçivələrin tələblərini nəzərə alırıq. Əsas məqsədimiz istifadəçilərin həssas hesab edilən fərdi və sağlamlıq məlumatlarını qorumaqdır.Tətbiqdə məlumatların idarə olunmasına istifadəçilərin nəzarət etməsi prinsipinə üstünlük veririk. Məsələn, “Partnyor Modulu” vasitəsilə analar həssas məlumatları, uşağın inkişaf göstəricilərini və ortaq alış-veriş siyahılarını həyat yoldaşları ilə nəzarətli şəkildə paylaşa bilirlər. – Layihənin qadınların sağlamlığı və maarifləndirilməsi sahəsində rolunu necə qiymətləndirirsiniz?– “Anacan”ı həm də böyük maarifləndirmə missiyası kimi görürük. Qadın nə qədər sağlam və məlumatlı olarsa, gələcək nəsillərin də sağlam böyüməsi üçün bir o qədər əlverişli şərait yaranar.Biz “qohum-qonşu məsləhəti” ilə yayılan, elmi əsaslara söykənməyən zərərli yanaşmaların qarşısını almağa çalışır, onların əvəzinə müasir tibbi biliklərə əsaslanan məlumatlar təqdim edirik. Analara vaxtında göndərilən ağıllı bildirişlər, o cümlədən peyvənd və vitamin qəbulu ilə bağlı xatırlatmalar da profilaktik səhiyyəyə töhfə vermək məqsədi daşıyır. – Xarici bazarlara çıxış planlarınız varmı?– Bəli, “Anacan” qlobal potensiala malik yerli məhsuldur. İlkin mərhələdə Azərbaycan bazarında mövqeyimizi möhkəmləndirdikdən sonra oxşar mədəniyyətə və ekosistemə malik qonşu ölkələrə, xüsusilə türkdilli dövlətlərə, Orta Asiya və MDB məkanına çıxmaq strateji yol xəritəmizin əsas istiqamətlərindən biridir. – Rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi bir dövrdə “Anacan” gələcəkdə hansı yenilikləri təqdim etməyi planlaşdırır?– Rəqəmsal innovasiyaları daim tətbiqimizə inteqrasiya edirik. Gələcək planlarımız arasında yerli həkimlərlə onlayn konsultasiyaları təmin edəcək teletibb modulunun yaradılması da var.Uzunmüddətli inkişaf strategiyamızın mühüm mərhələlərindən biri də tətbiq daxilində inteqrasiya olunmuş elektron ticarət ekosisteminin qurulmasıdır. Bu yenilik sayəsində analar ehtiyaclarına uyğun ana və uşaq məhsullarını başqa platformalara keçid etmədən, birbaşa “Anacan” tətbiqi vasitəsilə təhlükəsiz və sürətli şəkildə sifariş edə biləcəklər. – Rəqəmsal savadlılığın artırılmasına necə töhfə verirsiniz?– Bəzən analar texnoloji alətlərdən istifadə etməkdə çətinlik çəkirlər. “Anacan” minimalist və intuitiv dizayn əsasında hazırlanıb. Tətbiqi elə qurmuşuq ki, texnologiyadan az istifadə edən insanlar belə asanlıqla qeydiyyatdan keçə və uşaqlarının inkişafını rəqəmsal şəkildə izləyə bilsinlər.İnsanlar gündəlik ehtiyaclarını tətbiqimiz vasitəsilə qarşıladıqca rəqəmsal alətlərə inamları artır, texnoloji savadlılıqları da tədricən inkişaf edir. – Sizcə, “Anacan” layihəsi Azərbaycan qadınlarının həyatında və cəmiyyətdə rolunun güclənməsində hansı dəyişikliklərə səbəb ola bilər?– Ən böyük dəyişiklik anaların gündəlik qayğılarla bağlı zehni yükünün azalmasıdır. Ana uşaq baxımı ilə bağlı hər şeyi yadda saxlamağa məcbur olduqda bu, ciddi yorğunluq yaradır. Biz həmin yükün bir hissəsini rəqəmsal alətlər vasitəsilə azaltmağa çalışırıq.Eyni zamanda, “Partnyor Modulu” vasitəsilə ataların da prosesə cəlb olunması ailədə məsuliyyətin daha bərabər bölüşdürülməsinə kömək edir. Dəqiq məlumatlarla dəstəklənən ana özünə daha çox güvənir. Bu isə onun cəmiyyətdəki və iş həyatındakı mövqeyinə müsbət təsir göstərə bilər.– Layihənin startap kimi dəstəklənməsi sizin üçün nə ifadə edir və bu dəstək layihənin inkişafı üçün hansı imkanları yaradıb?– “Startap” şəhadətnaməsinin verilməsi dövlətin innovativ sahibkarlığa və qadın təşəbbüslərinə verdiyi mühüm dəstəkdir. Bu şəhadətnamə bizə üç il müddətində müvafiq gəlir və mənfəət vergilərindən azadolma imkanından yararlanmağa şərait yaradıb.Qənaət etdiyimiz resursları məhsulun texnoloji infrastrukturunun və elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin (Ar-Ge) inkişafına, tətbiqdəki alətlərin təkmilləşdirilməsinə və beynəlxalq standartlara cavab verən məhsulun hazırlanmasına yönəldirik. Bu dəstək rəqabət qabiliyyətimizi artırmağa və inkişafımızı sürətləndirməyə kömək edir.
Bu gün
710 xəbər bu gün
Böyük Britaniyada aparılan yeni tədqiqatlar gündəlik işə gediş-gəliş vaxtının işçilərin psixoloji sağlamlığına və iş məmnuniyyətinə birbaşa təsir etdiyini göstərib. Redaktor.az xəbər verir ki, "Chase" maliyyə...
“AzərEnerji”
Məqalə
Ölkə ərazisinin əksər yerlərində arabir yağış yağıb, şimşək çaxıb, Şahdağda isə arabir qar yağıb.
Xəzər dənizinin səviyyəsinin azalması region üçün getdikcə daha ciddi ekoloji və iqtisadi problemə çevrilir. Dənizin geri çəkilməsi sahilyanı ərazilərin mənzərəsini dəyişməklə yanaşı, biomüxtəlifliyə, gəmiçiliyə və…
Faktiki havaOktyabrın 31-i saat 10:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinə istinadən, oktyabrın 31-i saat 10:00-a olan məlumata əsasən ölkə ərazisinin əksər yerlərində arabir yağış yağıb…
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 29,9 min ton əhəng istehsal edilib. Dövlət Statistika Komitəsinə istinadən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 77 % çoxdur. Bu il oktyabrın 1-nə, ölkədə 8,5 min ton…
"Report" Azərbaycandakı bankların 1 oktyabr 2026-cı ilə qiymətli kağızlara investisiyalarının məbləğinə görə renkinqini təqdim edir:
Hindistanın Dehli şəhərində ayaqqabı fabrikində baş verən güclü yanğın nəticəsində azı 4 nəfər ölüb, 2 nəfər yaralanıb. Yerli mediaya istinadən, yanğın Manqolpuri sənaye zonasında yerləşən müəssisənin zirzəmisində…
Министр высказался о позиции Москвы по украинскому урегулированию, оценил перспективы взаимодействия с Вашингтоном и прокомментировал решение американского председательства привлечь Польшу к работе G20.
Еще пять человек пострадали.
Франция готовится к третьим выходным протестов, совпадающим с Хэллоуином: магазины заколачивают витрины, а власти пытаются предотвратить повторение уличных беспорядков, прокатившихся по стране две недели назад....
Apple вернула себе звание самой дорогой компании мира с капитализацией более $5 трлн. Рыночная стоимость Apple достигла $5,03 трлн, что позволило ей вновь занять первое...
На реке Баргушад в Губадлинском районе строится гидроэлектростанция (ГЭС) "Эйвазлы" мощностью 5,3 мегаватта. Станция, возводимая компанией "АзерЭнерджи" по поручению Президента Азербайджана, станет первой…
В Амурской области России задержан человек, объявленный в международный розыск по запросу правоохранительных органов Азербайджана. Как передает Day.Az со ссылкой на Lent.az, он подозревается в мошенничестве - присвоении…
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən yaşayış binasında vətəndaşın yıxılaraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
В Губинском районе переименованы несколько дошкольных и общеобразовательных учреждений. Как передает Day.Az со ссылкой на Trend, это предусмотрено соответствующим решением коллегии Министерства науки и образования.
Источник: Агентство международной информации Trend На фоне роста нестабильности на мировом энергетическом рынке, повышения цен на топливо в ряде стран и перебоев с поставками особое значение приобретает роль Азербайджана…
Dünyada enerji bazarında qeyri-sabitliyin artdığı, bir sıra ölkələrdə yanacaq qiymətlərinin yüksəldiyi və təchizatla bağlı çətinliklərin yarandığı bir vaxtda Azərbaycanın Cənubi Qafqazın yanacaq təminatındakı rolu diqqət…
Quba rayonundakı alma bağlarını bürüyən müxtəlif bitki xəstəlikləri məhsuldarlığı xeyli aşağı salıb. Bu barədə yerli fermerlər məlumat veriblər. Onların sözlərinə görə, yetişmə dövründə havanın normadan artıq rütubətli…
Quba rayonundakı alma bağlarını bürüyən müxtəlif bitki xəstəlikləri məhsuldarlığı xeyli aşağı salıb.Bu barədə yerli fermerlər məlumat veriblər.
Qubadlı rayonunda - Bərgüşad çayı üzərində 5,3 meqavat gücündə "Eyvazlı" Su Elektrik Stansiyası tikilir.Bu barədə "AzərEnerji" məlumat yayıb.
Bu dəfə proqramda İcbari Sığorta Bürosunun həyata keçirdiyi layihələr barədə danışılacaq.2 noyabr saat 15:00-da DOST TV-də izləyə bilərsiniz.
Paytaxtda tıxacların bir çox səbəbi var. Onlardan biri də yeni tikilən binalar üçün parklanma yerlərinin az olmasıdır. Doğrudur, bu ilin avqustunda qanunvericiliyə edilən dəyişikliyə əsasən, yeni tikilən yaşayış…
Qubadlı rayonunda Bərgüşad çayı üzərində 5,3 meqavat gücündə “Eyvazlı” Su Elektrik Stansiyası tikilir. Bu barədə “AzərEnerji” ASC məlumat yayıb. Məlumata görə, dövlət başçısının tapşırığına uyğun olaraq, “AzərEnerji”…
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən yaşayış binasında vətəndaşın yıxılaraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. FHN-in Mətbuat…
"Muhteşem yüz yıl” serialında Hürrəm Sultan obrazı ilə tanınan türkiyəli aktrisa Məryəm Üzərli Azərbaycana gələcək. Aktrisanın Bakıya gəlişinə səbəb romantik dram janrında çəkilən “İmroz'da Bahar” filmidir. Ekran işinin…
İran Avropa ölkələrini İsrailə dəstək verməkdə ittiham edib. İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzai Avropa ölkələrinin İsrailin “çirkli əməlləri” ilə vaxtilə fəxr etdiyini bildirib. O, bu barədə sosial…
Gəncədə mənzillərin birindən dəyəri 18 min manat olan qızıl-zinət əşyaları oğurlanıb. Polisin keçirdiyi tədbirlərlə əməli törədən, həmin mənzildə usta işləyən Ç.Nəcəfov müəyyən edilərək saxlanılıb. Ustanın oğurladığı…
"Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb. Medianews.az xəbər verir ki, 1 barelin qiyməti 3.88 dollar (3,17%) artaraq 126.16 ABŞ dolları olub. Azər...
Zaqatalada gübrə satışı ilə məşğul olan böyük firmalardan birinin anbardarı həbs edilib. “Qafqazinfo”ya istinadən, Əmrah Ramazan Valeh oğlu Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə…
Azərbaycan millisi FIFA U-15 dünya çempionatı və festivalında bu gün sonuncu matçına çıxıb.
1994-cü ilin "Qızıl top"unun sahibi kompleksdə Azərbaycan millisinin oyununu izləyib. Qeyd edək ki, Xristo Stoiçkov "Barselona"nın heyətində dörd dəfə İspaniya çempionu olub, UEFA Çempionlar Liqasının qalibi adını…
Bakı, 31 oktyabr, AZƏRTAC “Baku Art Weekend” kimi tədbirlərin keçirilməsi böyük əhəmiyyət daşıyır. Belə festivallar həm Azərbaycan mədəniyyətinin beynəlxalq səviyyədə tanıdılmasına, həm də xarici qonaqların ölkənizin…
Bakı, 31 oktyabr, AZƏRTAC Azərbaycan tarixən müxtəlif xalqların, etnik qrupların və dini konfessiyaların qarşılıqlı hörmət, etimad və sülh şəraitində yaşadığı nadir ölkələrdən biri olub. Bu gün ölkəmizdə multikulturalizm…
Bakı, 31 oktyabr, AZƏRTAC Mərkəzi icra hakimiyyəti orqanlarının, digər idarəetmə qurumlarının rəhbərlərinin 2026-cı ilin noyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq noyabrın 6-da saat…
Gəncə, 31 oktyabr, AZƏRTAC Gəncə şəhər ərazisində yerləşən mənzillərin birindən dəyəri 18 min manat olan qızıl-zinət əşyaları oğurlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-ın…
Bakı, 31 oktyabr, AZƏRTAC Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən yaşayış binasında vətəndaşın yıxılaraq köməksiz vəziyyətdə qalması barədə məlumat…
Oktyabrın 31-i saat 10:00-a olan məlumata əsasən ölkə ərazisinin əksər yerlərində arabir yağış yağıb, şimşək çaxıb. Şahdağda isə arabir qar yağıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Düşən…
Oktyabrın 31-i saat 10:00-a olan faktiki hava açıqlanıb.
Apple şirkəti 5.03 trilyon dollarlıq bazar kapitallaşması ilə Nvidia-nı geridə qoyaraq yenidən dünyanın ən bahalı korporasiyası titulunu əldə edib.
Oktyabrın 31-i saat 10:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə ölkə ərazisinin əksər yerlərində arabir yağış yağıb, şimşək çaxıb. Şahdağda isə arabir qar yağıb. Düşən…
Səudiyyə Ərəbistanı paytaxt Ər-Riyadın şəhər kənarında pilotsuz uçuş aparatının (PUA) məhv edildiyini açıqlayıb. Bu barədə “Reuters” agentliyi məlumat yayıb. (function(containerId) { if…
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən yaşayış binasında vətəndaşın yıxılaraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. FHN-in Mətbuat…
Türkiyə Silahlı Qüvvələrinin hərbçisi şəhid olub. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. “Hakkari vilayətinin Yüksəkova rayonunda sərhəd keçidi ilə bağlı insidentə müdaxilə edərkən açılan atəş…
Quba rayonundakı alma bağlarını bürüyən müxtəlif bitki xəstəlikləri məhsuldarlığı xeyli aşağı salıb. Bu barədə yerli fermerlər məlumat veriblər. Onların sözlərinə görə, yetişmə dövründə havanın normadan artıq rütubətli…