Bakı, 29 oktyabr, AZƏRTAC Azərbaycanın silahşünaslıq tarixinin elmi əsaslarla öyrənilməsi, tarixi silah nümunələrinin tədqiqi, mühafizəsi və muzey ekspozisiyalarında nümayişi bu sahənin aktual məsələlərindəndir.AZƏRTAC xəbər verir ki, oktyabrın 29-da Azərbaycan Milli Xalça Muzeyində “Azərbaycan silahşünaslığının aktual problemləri” mövzusunda ikinci elmi-praktik konfrans işə başlayıb.Vətən müharibəsində Qələbənin altıncı ildönümünə həsr olunan tədbir Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin birgə təşkilatçılığı ilə keçirilir.Konfransın məqsədi Azərbaycanın qədim dövrlərdən bu günədək formalaşmış silahşünaslıq tarixinin elmi dövriyyəyə daxil edilməsi, yerli və xarici muzeylərdə, eləcə də şəxsi kolleksiyalarda qorunan Azərbaycan silahları haqqında məlumat mübadiləsinin aparılması və yeni tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsidir.Tədbiri açan Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova silahşünaslığın yalnız hərb tarixinin deyil, həm də xalqın maddi-mədəni irsinin, sənətkarlıq ənənələrinin və dövlətçilik tarixinin öyrənilməsi baxımından əhəmiyyətini vurğulayıb. Bildirib ki, Azərbaycan xalqı tarixən döyüş meydanlarında göstərdiyi qəhrəmanlıqla yanaşı, yüksək bədii zövqlə hazırlanmış silah nümunələri ilə də tanınıb. Zərgərlik, bəzək və döymə sənətlərinin vəhdətində yaradılan bu nümunələr xalqın zəngin mədəni irsinin bir hissəsidir.Ə.Məlikova qeyd edib ki, Vətən müharibəsində qazanılan Zəfər fonunda hərb tarixinin və qədim silahların elmi əsaslarla araşdırılması xüsusi aktuallıq daşıyır. Onun sözlərinə görə, tarixi silahların mühafizəsi, bərpası və muzey ekspozisiyalarında düzgün təqdim olunması da elmi müzakirə tələb edən məsələlərdəndir.Muzeyin direktoru iki gün davam edəcək konfransın elmi məruzələr və akademik müzakirələr vasitəsilə silahşünaslıq sahəsində yeni tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsinə və mövcud boşluqların aradan qaldırılmasına töhfə verəcəyinə əminliyini ifadə edib.Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Sevil Kərimova silahşünaslığın tarix, arxeologiya, fəlsəfə, mədəniyyət və sənətşünaslıqla sıx bağlı olduğunu bildirib.O qeyd edib ki, silahın əhəmiyyəti yalnız onun hərbi təyinatı ilə məhdudlaşmır, bu anlayışın fəlsəfi və mədəni tərəfləri də var. “Silahı daşıyan insan böyük məsuliyyət daşıyır. O, hər zaman silahdan istifadə etməsə də, onun gücünü və fəlsəfəsini özündə ehtiva edir”, - deyə S.Kərimova vurğulayıb. Prorektor konfransın Azərbaycan Milli Xalça Muzeyində keçirilməsinin əhəmiyyətinə toxunaraq, belə tədbirlərin müxtəlif elmi sahələr arasında əlaqələrin möhkəmlənməsinə imkan yaratdığını bildirib.Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin fəxri professoru, Qazi Universitetinin təqaüddə olan professoru Alev Çakmakoğlu Kuru Azərbaycan və Türkiyə xalqları arasındakı qardaşlıq münasibətlərindən danışıb. O, 1923-cü ildə Azərbaycan türklərinin Türkiyənin istiqlal mübarizəsinə göstərdiyi dəstəyə diqqət çəkərək, xalqların çətin və sevincli günlərdə bir-birinin yanında olmasının əhəmiyyətini vurğulayıb.A.Çakmakoğlu Kuru bildirib ki, türklərin tarixən döyüşçü xalq kimi tanınması silahların yalnız hərbi tərəfdən qiymətləndirilməsi demək deyil. Onun fikrincə, silahşünaslıq mövzusu daha geniş tarixi və mədəni kontekstdə araşdırılmalıdır.Konfransın həmkuratoru, tarix üzrə fəlsəfə doktoru, dosent Səbuhi Əhmədov tədbirin bu il iki gün davam edəcəyini bildirib. O qeyd edib ki, ötən il bir gün keçirilən konfransın müddətinin artırılması iştirakçıların sayının və təqdim olunan məruzələrin əhatə dairəsinin genişlənməsi ilə əlaqədardır.S.Əhmədov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin konfrans materiallarının elektron variantının hazırlanmasına dəstək verdiyini də diqqətə çatdırıb. O, oktyabrın 30-da konfransın mövzusuna uyğun rəsm və heykəltəraşlıq əsərlərindən ibarət sərginin açılacağını bildirib. Qeyd edib ki, bu təşəbbüsün ənənəyə çevrilməsi nəzərdə tutulur. Sərgidə mövzuya uyğun əsərlər nümayiş olunacaq. Müxbir - Lalə Minasazova
Bu gün
710 xəbər bu gün
Böyük Britaniyada aparılan yeni tədqiqatlar gündəlik işə gediş-gəliş vaxtının işçilərin psixoloji sağlamlığına və iş məmnuniyyətinə birbaşa təsir etdiyini göstərib. Redaktor.az xəbər verir ki, "Chase" maliyyə...
“AzərEnerji”
Məqalə
Ölkə ərazisinin əksər yerlərində arabir yağış yağıb, şimşək çaxıb, Şahdağda isə arabir qar yağıb.
Xəzər dənizinin səviyyəsinin azalması region üçün getdikcə daha ciddi ekoloji və iqtisadi problemə çevrilir. Dənizin geri çəkilməsi sahilyanı ərazilərin mənzərəsini dəyişməklə yanaşı, biomüxtəlifliyə, gəmiçiliyə və…
Faktiki havaOktyabrın 31-i saat 10:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinə istinadən, oktyabrın 31-i saat 10:00-a olan məlumata əsasən ölkə ərazisinin əksər yerlərində arabir yağış yağıb…
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 29,9 min ton əhəng istehsal edilib. Dövlət Statistika Komitəsinə istinadən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 77 % çoxdur. Bu il oktyabrın 1-nə, ölkədə 8,5 min ton…
"Report" Azərbaycandakı bankların 1 oktyabr 2026-cı ilə qiymətli kağızlara investisiyalarının məbləğinə görə renkinqini təqdim edir:
Hindistanın Dehli şəhərində ayaqqabı fabrikində baş verən güclü yanğın nəticəsində azı 4 nəfər ölüb, 2 nəfər yaralanıb. Yerli mediaya istinadən, yanğın Manqolpuri sənaye zonasında yerləşən müəssisənin zirzəmisində…
Министр высказался о позиции Москвы по украинскому урегулированию, оценил перспективы взаимодействия с Вашингтоном и прокомментировал решение американского председательства привлечь Польшу к работе G20.
Еще пять человек пострадали.
Франция готовится к третьим выходным протестов, совпадающим с Хэллоуином: магазины заколачивают витрины, а власти пытаются предотвратить повторение уличных беспорядков, прокатившихся по стране две недели назад....
Apple вернула себе звание самой дорогой компании мира с капитализацией более $5 трлн. Рыночная стоимость Apple достигла $5,03 трлн, что позволило ей вновь занять первое...
На реке Баргушад в Губадлинском районе строится гидроэлектростанция (ГЭС) "Эйвазлы" мощностью 5,3 мегаватта. Станция, возводимая компанией "АзерЭнерджи" по поручению Президента Азербайджана, станет первой…
В Амурской области России задержан человек, объявленный в международный розыск по запросу правоохранительных органов Азербайджана. Как передает Day.Az со ссылкой на Lent.az, он подозревается в мошенничестве - присвоении…
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən yaşayış binasında vətəndaşın yıxılaraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
В Губинском районе переименованы несколько дошкольных и общеобразовательных учреждений. Как передает Day.Az со ссылкой на Trend, это предусмотрено соответствующим решением коллегии Министерства науки и образования.
Источник: Агентство международной информации Trend На фоне роста нестабильности на мировом энергетическом рынке, повышения цен на топливо в ряде стран и перебоев с поставками особое значение приобретает роль Азербайджана…
Dünyada enerji bazarında qeyri-sabitliyin artdığı, bir sıra ölkələrdə yanacaq qiymətlərinin yüksəldiyi və təchizatla bağlı çətinliklərin yarandığı bir vaxtda Azərbaycanın Cənubi Qafqazın yanacaq təminatındakı rolu diqqət…
Quba rayonundakı alma bağlarını bürüyən müxtəlif bitki xəstəlikləri məhsuldarlığı xeyli aşağı salıb. Bu barədə yerli fermerlər məlumat veriblər. Onların sözlərinə görə, yetişmə dövründə havanın normadan artıq rütubətli…
Quba rayonundakı alma bağlarını bürüyən müxtəlif bitki xəstəlikləri məhsuldarlığı xeyli aşağı salıb.Bu barədə yerli fermerlər məlumat veriblər.
Qubadlı rayonunda - Bərgüşad çayı üzərində 5,3 meqavat gücündə "Eyvazlı" Su Elektrik Stansiyası tikilir.Bu barədə "AzərEnerji" məlumat yayıb.
Bu dəfə proqramda İcbari Sığorta Bürosunun həyata keçirdiyi layihələr barədə danışılacaq.2 noyabr saat 15:00-da DOST TV-də izləyə bilərsiniz.
Paytaxtda tıxacların bir çox səbəbi var. Onlardan biri də yeni tikilən binalar üçün parklanma yerlərinin az olmasıdır. Doğrudur, bu ilin avqustunda qanunvericiliyə edilən dəyişikliyə əsasən, yeni tikilən yaşayış…
Qubadlı rayonunda Bərgüşad çayı üzərində 5,3 meqavat gücündə “Eyvazlı” Su Elektrik Stansiyası tikilir. Bu barədə “AzərEnerji” ASC məlumat yayıb. Məlumata görə, dövlət başçısının tapşırığına uyğun olaraq, “AzərEnerji”…
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən yaşayış binasında vətəndaşın yıxılaraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. FHN-in Mətbuat…
"Muhteşem yüz yıl” serialında Hürrəm Sultan obrazı ilə tanınan türkiyəli aktrisa Məryəm Üzərli Azərbaycana gələcək. Aktrisanın Bakıya gəlişinə səbəb romantik dram janrında çəkilən “İmroz'da Bahar” filmidir. Ekran işinin…
İran Avropa ölkələrini İsrailə dəstək verməkdə ittiham edib. İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzai Avropa ölkələrinin İsrailin “çirkli əməlləri” ilə vaxtilə fəxr etdiyini bildirib. O, bu barədə sosial…
Gəncədə mənzillərin birindən dəyəri 18 min manat olan qızıl-zinət əşyaları oğurlanıb. Polisin keçirdiyi tədbirlərlə əməli törədən, həmin mənzildə usta işləyən Ç.Nəcəfov müəyyən edilərək saxlanılıb. Ustanın oğurladığı…
"Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb. Medianews.az xəbər verir ki, 1 barelin qiyməti 3.88 dollar (3,17%) artaraq 126.16 ABŞ dolları olub. Azər...
Zaqatalada gübrə satışı ilə məşğul olan böyük firmalardan birinin anbardarı həbs edilib. “Qafqazinfo”ya istinadən, Əmrah Ramazan Valeh oğlu Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə…
Azərbaycan millisi FIFA U-15 dünya çempionatı və festivalında bu gün sonuncu matçına çıxıb.
1994-cü ilin "Qızıl top"unun sahibi kompleksdə Azərbaycan millisinin oyununu izləyib. Qeyd edək ki, Xristo Stoiçkov "Barselona"nın heyətində dörd dəfə İspaniya çempionu olub, UEFA Çempionlar Liqasının qalibi adını…
Bakı, 31 oktyabr, AZƏRTAC “Baku Art Weekend” kimi tədbirlərin keçirilməsi böyük əhəmiyyət daşıyır. Belə festivallar həm Azərbaycan mədəniyyətinin beynəlxalq səviyyədə tanıdılmasına, həm də xarici qonaqların ölkənizin…
Bakı, 31 oktyabr, AZƏRTAC Azərbaycan tarixən müxtəlif xalqların, etnik qrupların və dini konfessiyaların qarşılıqlı hörmət, etimad və sülh şəraitində yaşadığı nadir ölkələrdən biri olub. Bu gün ölkəmizdə multikulturalizm…
Bakı, 31 oktyabr, AZƏRTAC Mərkəzi icra hakimiyyəti orqanlarının, digər idarəetmə qurumlarının rəhbərlərinin 2026-cı ilin noyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq noyabrın 6-da saat…
Gəncə, 31 oktyabr, AZƏRTAC Gəncə şəhər ərazisində yerləşən mənzillərin birindən dəyəri 18 min manat olan qızıl-zinət əşyaları oğurlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-ın…
Bakı, 31 oktyabr, AZƏRTAC Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən yaşayış binasında vətəndaşın yıxılaraq köməksiz vəziyyətdə qalması barədə məlumat…
Oktyabrın 31-i saat 10:00-a olan məlumata əsasən ölkə ərazisinin əksər yerlərində arabir yağış yağıb, şimşək çaxıb. Şahdağda isə arabir qar yağıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Düşən…
Oktyabrın 31-i saat 10:00-a olan faktiki hava açıqlanıb.
Apple şirkəti 5.03 trilyon dollarlıq bazar kapitallaşması ilə Nvidia-nı geridə qoyaraq yenidən dünyanın ən bahalı korporasiyası titulunu əldə edib.
Oktyabrın 31-i saat 10:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə ölkə ərazisinin əksər yerlərində arabir yağış yağıb, şimşək çaxıb. Şahdağda isə arabir qar yağıb. Düşən…
Səudiyyə Ərəbistanı paytaxt Ər-Riyadın şəhər kənarında pilotsuz uçuş aparatının (PUA) məhv edildiyini açıqlayıb. Bu barədə “Reuters” agentliyi məlumat yayıb. (function(containerId) { if…
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən yaşayış binasında vətəndaşın yıxılaraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. FHN-in Mətbuat…
Türkiyə Silahlı Qüvvələrinin hərbçisi şəhid olub. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. “Hakkari vilayətinin Yüksəkova rayonunda sərhəd keçidi ilə bağlı insidentə müdaxilə edərkən açılan atəş…
Quba rayonundakı alma bağlarını bürüyən müxtəlif bitki xəstəlikləri məhsuldarlığı xeyli aşağı salıb. Bu barədə yerli fermerlər məlumat veriblər. Onların sözlərinə görə, yetişmə dövründə havanın normadan artıq rütubətli…